RAYON HAQQINDA

Təsis tarixi: 23 oktyabr 1978
Ərazi: 828,42 km²
Əhali: 77,787 nəfər (01.01.2024)
Mərkəz: Babək şəhəri
İnzibati vahidlər: 1 şəhər, 2 qəsəbə, 33 kənd
Coğrafi mövqe: Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir.

Coğrafiyası və iqlimi

Rayon ərazisi Zəngəzur və Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi 2475 metr hündürlüyə malik Buzqov dağıdır.
İqlimi – yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipidir.

Su ehtiyatları

Ərazidən Araz və Naxçıvançay çayları axır. Uzunoba, Nehrəm, Sirab, Cəhri və Qahab su anbarları ilə yanaşı, suvarma kanalları mövcuddur. Rayon mineral sularla zəngindir, dünyaca məşhur Sirab mineral suyu məhz bu ərazidə yerləşir.

İqtisadiyyat

Babək kənd təsərrüfatı rayonudur. Ərazisi tikinti materialları, daş, duz və digər minerallarla zəngindir. Sirab, Vayxır və Cəhri kimi təbii mineral bulaqları bu torpağın sərvətlərindəndir.

 


Təhsil, mədəniyyət və səhiyyə

Səhiyyə ocaqları:


Tarixi və memarlıq abidələri

Babək rayonu arxeoloji və tarixi abidələrlə zəngindir. Ərazi qədim əkinçi-maldar tayfaların yaşadığı bir məkan olmuşdur. Buradakı əsas tarixi abidələr:


Müasir memarlıq və xatirə abidələri

 Rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Son illərdə tarixi abidələrin bərpası və qorunması istiqamətində mühüm işlər görülmüşdür.